Azərbaycan rejissoru Rusiyada tamaşa hazırlayır

Azərbaycan rejissoru Rusiyada tamaşa hazırlayır Bəhram Osmanov Kalmıkiya Teatrında yeni tamaşaya quruluş verir
İncəsənət
28 Noyabr , 2014 17:18
Azərbaycan rejissoru Rusiyada tamaşa hazırlayır

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Rusiya Federasiyasında (RF) tamaşa hazırlayır.

"Report" xəbər verir ki, bu məlumatı Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti yayıb.

B.Osmanov yeni tamaşaya quruluş vermək üçün RF-nin Kalmıkiya Respublikasına ezam olunub. O, yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında iki hissəli komediya üzərində yaradıcılıq işi aparır.

Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.

İlk tamaşanın premyerası dekabrın 12-i və 13-də baş tutacaq. 

Teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi, Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün 2015-ci ilin may ayında Bakıya ezam olunacaq.

Son xəbərlər

Orphus sistemi