Almaniyanın məşhur dirijoru Bakıda ustad dərsləri keçəcək

Almaniyanın məşhur dirijoru Bakıda ustad dərsləri keçəcək Mayın 9-da Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək
İncəsənət
1 May , 2015 10:17
Almaniyanın məşhur dirijoru Bakıda ustad dərsləri keçəcək

Bakı. 1 may. REPORT.AZ/ Mayın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək. "Report" xəbər verir ki, bu barədə Opera və Balet Teatrının mətbuat xidməti məlumat yayıb.

“Traviata” teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardan biridir. Teatr rəhbərliyi tamaşanın bədii səviyyəsini yüksəltmək məqsədilə əsas rolları ifa etmək üçün tanınmış sənətkarları dəvət edib. Tamaşanı idarə etmək üçün məşhur almaniyalı dirijor, İmmlinq Opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbroku dəvət olunub. 

O, tamaşanı idarə etməklə yanaşı, teatrın aparıcı solistləri və xor artistləri ilə ustad dərsləri keçəcək.

Tamaşada Violetta partiyasını gənc vokalçı, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova, Alfred rolunu əməkdar artist Fərid Əliyev ifa edəcək. Jermon partiyasını ifa etmək üçün isə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin dəvət olunub.

Tamaşada, həmçinin Azərbaycanın xalq artisti, vokalçıların Bülbül adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artist Səbinə Vahabzadə (Flora) və gənc solist Tələt Hüseynov (Doktor Qrevil) partiyalarında çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi