“Starlink” internet şəbəkəsi üçün növbəti peyklər qrupu orbitə çıxarılıb

“Starlink” internet şəbəkəsi üçün növbəti peyklər qrupu orbitə çıxarılıb “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.
İKT
19 Noyabr , 2023 08:16
“Starlink” internet şəbəkəsi üçün növbəti peyklər qrupu orbitə çıxarılıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.

“Report” xəbər verir ki, daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı - Qeyd) kosmodromundan start götürüb.

“SpaceX” həmçinin bazar günü, noyabrın 19-da Kaliforniyanın Vandenberq Kosmik Bazasından orbitə daha 22 genişzolaqlı peyk göndərmək niyyətindədir.

Qeyd edək ki, dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

“SpaceX” kompaniyası qlobal internet örtüyünün təmin olunması üçün orbitdə iri peyk qruplaşmasının qurulmasına çalışan kompaniyalardan biridir. Onların arasında “OneWeb”, “Telesat”, “LeoSat” və “Amazon” kompaniyaları da var.

Son xəbərlər

Orphus sistemi