Samir Rəsulov: “Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib”

Samir Rəsulov: “Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib” Bankların, maliyyə təşkilatlarının və əhalinin kibertəhlükələrə qarşı hazırlıqlı olması böyük əhəmiyyət daşıyır
İKT
13 İyun , 2023 11:20
Samir Rəsulov: “Kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib”
Samir Rəsulov

Azərbaycanda beynəlxalq təcrübələrdən, müasir yanaşmalardan istifadə edərək kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində səylər gücləndirilib.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov Bakıda keçirilən "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisində "Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı paneldə deyib.

"Fərdi məlumatlar haqqında" yeni qanunun tətbiqi çərçivəsində mexanizmlər, fərdi məlumatların qorunması barədə cəmiyyətin maarifləndirilməsi istiqamətində artıq layihələrin icrasına başlanılıb", - S. Rəsulov bildirib.

O qeyd edib ki, bankların, maliyyə təşkilatlarının və əhalinin kibertəhlükələrə qarşı hazırlıqlı olması böyük əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi