Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında vətəndaşları qəbul edib.
İKT
20 Avqust , 2024 14:34
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd və Laçın rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi