“OpenAI” və Nümayəndələr Palatası süni intellektin mümkün risklərini müzakirə edib

“OpenAI” və Nümayəndələr Palatası süni intellektin mümkün risklərini müzakirə edib “OpenAI” elmi-tədqiqat təşkilatının baş direktoru Sem Oltmen ABŞ-nin Nümayəndələr Palatasının sədri Maykl Conson (respublikaçı) görüşərək süni intellektin (Sİ) perspektiv və risklərini müzakirə ediblər.
İKT
12 Yanvar , 2024 06:27
“OpenAI” və Nümayəndələr Palatası süni intellektin mümkün risklərini müzakirə edib

“OpenAI” elmi-tədqiqat təşkilatının baş direktoru Sem Oltmen ABŞ-nin Nümayəndələr Palatasının sədri Maykl Conson (respublikaçı) görüşərək süni intellektin (Sİ) perspektiv və risklərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Spikerin fikrincə, “Konqres innovasiyaları təşviq etməli, rəqabətqabiliyyətliliyi qorumalı və mümkün riskləri bilməlidir”.

Oltmen jurnalistlərə bildirib ki, onlar “artımın böyük potensialını balanslaşdırma cəhdlərini və riskləri azaltmanın yolları” ətrafında fikir mübadiləsi aparıblar. O, “qanunverici prosesin nə edəcəyini səbirsizliklə gözlədiyini” əlavə edib.

Qeyd edək ki, Cozef Baydenin administrasiyası qanunvericilərdən Sİ-nin tənzimlənməsini tələb edir. Lakin Konqresdə Nümayəndələr Palatasına respublikaçılar nəzarət edir. Demokratlar isə, Senatdakı çoxluğuna baxmayaraq, sözügedən məsələdə xüsusi uğura imza atmayıblar.

Süni intellektin inkişafı bir sıra əndişələrə, xüsusən də demokratik prosesin pozulmasında, saxtakarlığın artımında və ya iş yerlərinin azalmasında mümkün rolu və digər zərərlərlə bağlı çəkinməyə yol açıb. “Reuters” xatırladıb ki, Sİ-nin tənzimlənməsi məsələsində Avropa İttifaqı ABŞ-ni qabaqlayıb: avrodeputatlar artıq qanun layihələri hazırlayırlar.

Xatırladaq ki, “OpenAI” təşkiltatı 2015-ci ilin dekabrında yaradılıb, onun həmtəsisçiləri Sem Oltmen və sahibkar İlon Mask olub. Ötən ilin noyabrında Oltmen “Microsoft”un (“OpenAI”in səhmlərinin 49 faizinə sahibdir) təşkilatın idarə heyətində səs hüququ olmayan müşahidəçi mövqeyini tutacağını açıqlayıb. Eyni ayın 17-də “OpenAI” heç bir əsas göstərmədən Oltmeni vəzifəsindən kənarlaşdırıb ki, bu da investor və əməkdaşların etirazına səbəb olub. Nəticədə o vəzifəsinə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi