“Google”un Azərbaycandakı bazar payı 8 % azalıb

İKT
  • 03 aprel, 2025
  • 13:28
“Google”un Azərbaycandakı bazar payı 8 % azalıb

Bu ilin mart ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 84,93 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 1,97 faiz bəndi, 2024-cü ilin mart ayı ilə müqayisədə 7,09 faiz bəndi və ya 8 % azdır.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 1,86 faiz bəndi, illik isə 6,53 faiz bəndi artaraq 13,25 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,05 faiz bəndi, illik isə 0,17 faiz bəndi artaraq 1,08 %-də qərarlaşıb.

Dördüncü yerdəki “Yahoo”nun bazar payı fevrala nisbətən 0,02 %, illik müqayisədə isə 0,22 faiz bəndi artaraq 0,38 % təşkil edib.

İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,03 faiz bəndi, illik müqayisədə isə 0,2 faiz bəndi artaraq 0,31 % olub.