EBRD Cənubi Qafqazda gənc sahibkarlara təxminən 250 milyon avro vəsait ayıracaq - Eksklüziv
- 24 noyabr, 2026
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2032-ci ilə qədər Cənubi Qafqaz ölkələrində "Biznesdə gənclər" (YiB) proqramının həyata keçirilməsinə 250 milyon avroya qədər vəsait yönəltmək niyyətindədir.
Bu barədə "Report"a EBRD-in gender bərabərliyi və iqtisadi inklüzivlik üzrə direktoru Sonya Cordan-Kirvan (Sonia Jordan-Kirwan) məlumat verib.
Onun sözlərinə görə, maliyyələşdirmə Azərbaycan, Ermənistan və Gürcüstanda fəaliyyət göstərən 15 tərəfdaş bank vasitəsilə təqdim ediləcək: "Proqramın əsas diqqəti paytaxt regionlarından kənarda və iqtisadi cəhətdən daha az inkişaf etmiş zonalarda fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin dəstəklənməsinə yönəldilib".
S.Cordan-Kirvan bildirib ki, EBRD Azərbaycanda insan kapitalının gücləndirilməsinə, qadınların iqtisadiyyatın texniki və yüksək gəlirli sektorlarına cəlb olunmasına, o cümlədən Abşeron yarımadasından kənarda gənclər üçün yeni iş yerlərinin yaradılmasına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirir: "Bankın bu ölkədə strateji yanaşması regionlarda kiçik biznesə maliyyə dəstəyinin investisiya layihələrinə inteqrasiya olunmuş məsləhət proqramları və təlim tədbirləri ilə uzlaşdırılmasına əsaslanır".
Xəbər yenilənir