AMB rəsmisi: "Bankların birləşməsi kredit faizlərini artırmır"
- 24 noyabr, 2026
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda iki bankın birləşməsi və yaxud bir bankın digər bir bankı əldə etməsi mütləq kredit faiz dərəcələrinin artması ilə nəticələnmir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev bildirib.
"Kredit faizləri maliyyələşmə dəyəri, borcalanın kredit riski və ya maliyyələşdirilən layihənin risk səviyyəsi, bankların əməliyyat səmərəliliyi kimi amillərin kombinasiyası ilə müəyyən edilir. Bu növ konsolidasiya sektordakı rəqabətin zəiflənməsinə deyil, bankların fəaliyyət səmərəliliyinin artmasına, əməliyyat xərclərin azalmasına, borcalanların maliyyə resurslarına çıxışın daha da yaxşılaşdırmasına və birləşmədən sonra bankın maliyyə potensialını gücləndirməsinə, potensial olaraq daha rəqabətli kredit dərəcələri üçün şərait yaratmasına müsbət təsir edəcəyi gözlənilir", - deyə o qeyd edib.