Deputat: “Vikipedianın dövlət səviyyəsində daimi izlənilməsi təmin edilməlidir”

Deputat: “Vikipedianın dövlət səviyyəsində daimi izlənilməsi təmin edilməlidir” “Vikipediada məlumatların dövlət səviyyəsində daimi izlənilməsi təmin edilməlidir”.
İKT
6 Noyabr , 2023 11:33
Deputat: “Vikipedianın dövlət səviyyəsində daimi izlənilməsi təmin edilməlidir”

“Vikipediada məlumatların dövlət səviyyəsində daimi izlənilməsi təmin edilməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, bu platformada Azərbaycan həqiqətlərindən bəhs edən məlumatlar var: "Hansı ki, ermənilərin həmin məlumatları dəyişdirdiyinin dəfələrlə şahidi olmuşuq. Düşünürəm ki, sözügedən məsələ ilə bağlı dövlət proqramı da qəbul etmək olar".

R.Nurullayev vurğulayıb ki, Azərbaycan həqiqətlərindən bəhs edən kontentlər hazırlayarkən ingilis dilindən istifadə etmək olduqca vacibdir. “Çünki bu zaman həmin material daha çox insanın diqqətini çəkə bilər”.

Son xəbərlər

Orphus sistemi