ABŞ kəşfiyyatı İran tərəfindən terror təhdidlərinin artdığını bəyan edib

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 21:50
ABŞ kəşfiyyatı İran tərəfindən terror təhdidlərinin artdığını bəyan edib

İranın ehtimal olunan terror fəaliyyəti ilə əlaqədar ABŞ-nin təhlükəsizliyinə yönəlmiş təhdidlər əhəmiyyətli dərəcədə artıb.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, bunu ABŞ-nin Milli Kəşfiyyat direktoru Cey Kleyton Konqresin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində deyib.

"Bu təhdidlər əhəmiyyətli dərəcədə artıb. Həm xaricdəki, həm də ABŞ-dəki əməkdaşlarımız artan təhlükə ilə üzləşirlər", - o, əlavə təfərrüat gətirmədən bildirib.

Kleyton vurğulayıb ki, Amerika xüsusi xidmət orqanları həm ölkə daxilində, həm də ondan kənarda İranla əlaqəli olduğu ehtimal edilən sui-qəsdləri aşkarlamağa və qarşısını almağa davam edir.

Öz növbəsində, ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin bildirib ki, radikal islamçı qruplaşmalardan, o cümlədən xarici terror təşkilatları və ya Vaşinqtonun terrorun sponsoru hesab etdiyi dövlətlər tərəfindən maliyyələşdirilənlərdən gələn təhdid yüksək olaraq qalır.

Bununla belə, onun sözlərinə görə, kimyəvi, bioloji, radioloji və nüvə silahlarının tətbiqi ilə bağlı ən ciddi təhdidlər hələlik, əsasən, niyyətlərlə məhdudlaşır, yaxud hazırlığın ilkin mərhələlərindədir.

Mallin həmçinin məlumat verib ki, 2025-ci il yanvarın 21-dən 2026-cı il sentyabrın 30-dək ABŞ-nin İmmiqrasiya və Gömrük Polisinin əməkdaşları terrorizmə aidiyyəti olmaqda şübhəli bilinən və ya ifşa edilən 2,6 mindən çox insanı saxlayıblar. Həmin dövr ərzində 2,7 mindən çox belə şəxs ölkədən deportasiya edilib.

44 filmi