Qazaxda avtoqəza olub, üç nəfər ölüb

Hadisə
  • 18 noyabr, 2026
  • 20:02
Qazaxda avtoqəza olub, üç nəfər ölüb

Qazax rayonunda avtoqəza zamanı üç nəfər ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Aslanbəylı kəndinin ərazisində Yuxarı Salahlı-Kəmərli yolunda qeydə alınıb.

İki minik maşının toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. İki nəfər isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.