Demokratlar ABŞ Konqresinin spikeri vəzifəsinə Hakim Cefrisin namizədliyini irəli sürüblər

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 21:14
Demokratlar ABŞ Konqresinin spikeri vəzifəsinə Hakim Cefrisin namizədliyini irəli sürüblər

ABŞ Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsinə Nyu-York ştatından olan konqresmen Hakim Cefrisin namizədliyini irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Cefrisin namizədliyini Demokratlar fraksiyasının 251 üzvü dəstəkləyib, 11 nəfər əleyhinə səs verib. Səsvermə gizli və qapalı qapılar arxasında keçirilib. Beləliklə, o, partiyadaşlarının dəstəyini qazanıb. Onun 2027-ci ilin yanvarında Konqresin yeni tərkibinin ilk iş günündə spiker seçiləcəyi gözlənilir.

Həmçinin vurğulanıb ki, Cefrislə danışıqlar davam edir və əldə olunan irəliləyişə baxmayaraq, partiya bu məsələlər üzrə hələ seçicilərin tələblərini nəzərə almalıdır.

Cefrisin namizədliyini Demokratlar Partiyasının beş nümayəndəsi, o cümlədən onun siyasi mentorlarından biri hesab edilən Nümayəndələr Palatasında demokrat çoxluğun sabiq lideri Cim Klaybern təqdim edib.

44 filmi