"Azəricard": "Rəqəmsallaşmada 2028-ci ildə yaşayırıq"

İKT
  • 08 dekabr, 2021
  • 09:40
Azəricard: Rəqəmsallaşmada 2028-ci ildə yaşayırıq

Araşdırmalara görə, pandemiya səbəbi ilə qlobal miqyasda bütün sektorlar üzrə rəqəmsallaşma templəri 7 il qabaqlanıb.

"Report" xəbər verir ki, bunu "Azəricard" prossesinq mərkəzinin nümayəndəsi Fərid Quliyev deyib.

Onun sözlərinə görə, bu gün biz bütün sektorlar üzrə rəqəmsallaşma üzrə dünya əhalisi olaraq 2028-ci ildə yaşayırıq.

"Bu, bir tərəfdən bizim üçün maraqlıdır, çünki həyatımızı asanlaşdırır. Digər tərəfdən də nağdsız ödəniş alətlərini genişləndirir", - deyə F.Quliyev bildirib.