Azərbaycanda poçt şöbələrindəki bankomatların sayı 24 % artırılır
İKT
- 08 fevral, 2024
- 14:14
Azərbaycandakı poçt şöbələrindəki bankomatların sayı 24 % artırılaraq 89 ədədə çatdırılacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-dən bildirilib.
"Bu məqsədlə artıq əlavə olaraq 17 bankomat alınıb. Tezliklə onların quraşdırılması başa çatdırılacaq",- qurum qeyd edir.
Xatırladaq ki, indiyədək səhmdar cəmiyyəti tərəfindən 72 bankomat istifadəyə verilib, 520 poçt şöbəsində 1 000-dən çox POS-terminal quraşdırılıb.
Bu ilin əvvəlinə ölkədə bankomatların sayı 3 112 ədədə (Bakı üzrə 1 621 ədəd), POS-terminalların sayı isə 86 383 ədədə (Bakı üzrə 55 739 ədəd) çatdırılıb.
Son xəbərlər
15:17
Elçin Qasımov: Azərbaycan NATO ilə enerji obyektlərinin qorunmasında əməkdaşlıqda maraqlıdır
Xarici siyasət15:17
Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
Digər15:10
İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib
Xarici siyasət15:03
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 25 % artıb
Maliyyə15:02
Naxçıvanda indiyə qədər 4 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb
Maliyyə15:01
Dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Futbol15:01
Azərbaycan II Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
Futbol14:57
Aİ Venesuelaya qarşı sanksiyaları uzadıb
Digər ölkələr14:51