Azərbaycanda planşetlərdə "Android"in payı bir ildə 18 % azalıb

İKT
  • 02 fevral, 2026
  • 17:52
Azərbaycanda planşetlərdə Androidin payı bir ildə 18 % azalıb

Bu ilin yanvar ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 78,11 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, dekabr ayına nisbətən 1,67 faiz bəndi çox, 2025-ci ilin yanvar ayının göstərici ilə müqayisədə 2,38 faiz bəndi azdır.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 1,87 faiz bəndi azalaraq və illik müqayisədə 2,01 faiz bəndi artaraq 20,87 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 2,63 faiz bəndi və illik müqayisədə 15,93 faiz bəndi azalaraq 74,02 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 18 % azalıb.

Həmin cihazlarda "İOS"un bazar payı 25,89 % təşkil edib ki, bu da aylıq müqayisədə 2,56 faiz bəndi, illik isə 15,85 faiz bəndi çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti