Azərbaycanda e-ticarətin inkişafına əsas maneələr açıqlanıb

Azərbaycanda e-ticarətin inkişafına əsas maneələr açıqlanıb Azərbaycanda e-ticarət internet saytlarına güvən aşağı düşüb.
İKT
16 Dekabr , 2022 14:42
Azərbaycanda e-ticarətin inkişafına əsas maneələr açıqlanıb

Azərbaycanda e-ticarət internet saytlarına güvən aşağı düşüb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın 1-ci E-ticarət günü" elektron ticarət konfransında elektron ticarət və biznes mütəxəssisi Nicat Manafov deyib.

N. Manafov vurğulayıb ki, uzun illərdir elektron ticarət platformalarının üç ana problemi qalmaqdadır: "Bunlar logistika, ödəmə sistemləri ilə bağlı olan və texniki problemlərdir. Bunlar aradan qaldırılmadıqca nə sahibkarların nə də istehlakçıların e-ticarətə inamı artmayacaq".

Onun sözlərinə görə, bu, nəticə etibarı ilə elektron ticarət dövriyyəsini artım tempini əhəmiyyətli dərəcədə ləngidir. "Bu gün 100 sahibkardan hansı e-ticarət platformasına qoşulub qoşulmamağı soruşsanız əksər hallarda bunun heç bir fərqinin olmadığı cavabını alacaqsınız. Çünki hər birində bir aşağı bir yuxarı eyni problemlərlə qarşılaşacaqsınız. Sahibkarların bir çoxları iki-üç bank tərəfindən yaradılmış e-ticarət səhifəsinin ödəniş sistemindən istifadə edirlər. Burada hər hansı texnologiyadan və ya innovasiyadan söhbət belə getmir.

Yaxşı, əgər mən həmin xidməti birbaşa olaraq bankın özündən ala bilərəmsə, niyə bu saytlardan istifadə edim?"

Son xəbərlər

Orphus sistemi