Azərbaycan və ITU "GovStack" təşəbbüsündə iştirakı müzakirə edirlər

İKT
  • 10 mart, 2025
  • 14:01
Azərbaycan və ITU GovStack təşəbbüsündə iştirakı müzakirə edirlər

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə rəqəmsal dövlət xidmətlərinin inkişafına yönəlmiş "GovStack" qlobal təşəbbüsünə qoşulmaqla bağlı danışıqlar aparır.

“Report” xəbər verir ki, bunu ITU-nun regional direktoru Natalya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində panel müzakirələri zamanı bildirib.

"Onlayn Azərbaycan" elektron dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsində mühüm rol oynayır. ITU-da biz "GovStack" qlobal təşəbbüsünü inkişaf etdiririk. Bu təşəbbüs çərçivəsində bu yaxınlarda rəqəmsal xidmətlər üzrə regional layihə imzalanıb. Onun təxminən bir ay sonra işə salınması planlaşdırılır və Azərbaycan iştirakçı ölkələrdən biridir. Biz artıq layihəni Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə müzakirə etmişik, bu istiqamətdə əməkdaşlığa böyük maraq müşahidə edirik", - N.Moçu qeyd edib.

O, həmçinin vurğulayıb ki, rəqəmsal sahibkarlığın və startap ekosisteminin dəstəklənməsi ITU ilə Azərbaycan arasında əməkdaşlığın mühüm sahəsi olaraq qalır.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkə üzrə akselerasiya mərkəzlərini fəal şəkildə inkişaf etdirir. "Onlayn Azərbaycan" layihəsi və onun qabaqcıl texnologiyaları sayəsində insanların böyük şəhərlərə köçmədən məsafədən təhsil almaq və işləmək imkanları artır", - regional direktor əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti