Azərbaycan daha bir ölkədən fiber-optik kabel tədarük etməyə başlayıb
- 17 mart, 2023
- 07:27
2022-ci il ərzində Azərbaycana 21,83 milyon ABŞ dolları dəyərində 4,1 min ton fiber-optik kabel idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 38 % azdır, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 1 min 432 ton (+2,1 dəfə), Çindən 6,7 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 452 ton (+22 %), Türkiyədən 3,35 milyon ABŞ dolları dəyərində (+49 %) 607 ton (+28 %), Belarusdan 2,73 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 511 ton (+3,7 dəfə), Ukraynadan 448 min ABŞ dolları dəyərində (-16 %) 79 ton (-36 %) kabel alıb.
Azərbaycana Avstraliyadan (8,14 min ABŞ dolları dəyərində 0,39 ton), İspaniyadan (0,16 min ABŞ dolları dəyərində 0,01 ton), İsraildən (1,15 min ABŞ dolları dəyərində 0,07 ton), Niderlanddan (0,21 min ABŞ dolları dəyərində 0,01 ton) və Macarıstandan (10,5 min ABŞ dolları dəyərində 0,07 ton) idxal bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omandan (73 min ABŞ dolları dəyərində 5,7 ton) fiber-optik kabel tədarükü həyata keçirilib.