Avropada "Ağıllı ev" üçün avadanlıqların satışları 24 % artıb
- 02 oktyabr, 2021
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ikinci rübündə Avropada "Ağıllı ev" üçün 24 milyon ədəd avadanlıq satılıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 23,8 % çoxdur.
Ən populyar avadanlıq əyləncə üçün videoqurğular, ilk növbədə “Smart TV” olub. Hesabat dövründə 11,9 milyon belə cihaz satılıb ki, bu da cəmi tədarükün 49,2 %-nə bərabərdir. İkinci yerdə "ağılı" səsgücləndiricilərdir. Apreldən iyuna kimi 5,6 milyondan çox bu cür akustik sistem satılıb.
Məlumata görə, 16 %-lik bazar payı ilə ilk pillədə “Amazon” şirkəti qərarlaşıb. Sonrakı yerlərdə Google (bazar payı 12,8 %) və “Samsung” (10,3 %) gəlir. İlk beşliyi “LG Electronics” (8,7 %) və “Hisense” (5 %) tamamlayır.
Xatırladaq ki, 2025-ci ilə kimi Avropanın "Ağıllı ev" üçün avadanlıqlar bazarı 203 milyon ədədi keçəcək. Proqnoza əsasən 2021-ci ildən 2025-ci ilə kimi olan dövrdə orta illik artım 13,5 % həddində olacaq.