Bakının Yusif Səfərov küçəsində xətlənmə işləri aparılacaq
İnfrastruktur
- 09 sentyabr, 2018
- 05:58
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinədək olan istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir.
Məlumata görə, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən hissədə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Son xəbərlər
18:40
Bakıda şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilib
Digər18:35
Biləsuvarda avtomobil qaçıran şəxslər saxlanılıb
Hadisə18:21
Türkiyə Superliqası təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
Futbol18:17
Gümrünün sabiq merinin həbs müddəti uzadılıb
Region17:59
Bahodir Sidikov "Özbəkneftqaz"ın İdarə Heyəti sədrliyi vəzifəsindən azad edilib
Region17:58
Rövşən Nəcəf FIFA-nın Plenar Sessiyasına qatılıb
Futbol17:55
Azərbaycanda vençur maliyyələşməsi üzrə qanunvericilik təkmilləşdirilir
Maliyyə17:51
Azərbaycan XİN Butan Krallığını təbrik edib
Xarici siyasət17:44