Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası olub

Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası olub Bakı. 3 noyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası olub.
İncəsənət
3 Noyabr , 2018 14:18
Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası olub.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rus xalq nağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası olub. Tamaşadan öncə Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov, Texniki və Təbiət Elmləri Liseyinin direktor müavini Ətrabə Tağıyeva, quruluşçu rejissor Ayla Osmanova tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik ediblər.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Obrazları Teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa edirlər.

Son xəbərlər

Orphus sistemi