Yuxarı

Nazir Əbülfəs Qarayev Akademik Milli Dram Teatrında baş verənlərə münasibət bildirib

“İslahatları kimsə asanlıqla qəbul edəcək, bir başqası qəbul etməyə çətinlik çəkəcək”

"İslahatları kimsə asanlıqla qəbul edəcək, bir başqası qəbul etməyə çətinlik çəkəcək"

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan teatrı dövlət qayğısı ilə əhatə olunub. Yüzə yaxın teatr xadiminə fəxri ad, mükafat verilib. Teatr sahəsində islahatlar həyata keçirilir. Azərbaycan teatrı kiminsə xoşuna gəlib-gəlməsindən asılı olmayaraq, öz fəaliyyətini davam etdirəcək"

"Report"un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının həyata keçirilməsi ilə teatrın yeni inkişaf dövrünə qədəm qoyduğunu deyib. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan teatrı özünün əvvəl başladığı islahatları uğurla həyata keçirir: "Akademik Milli Dram Teatrının həyatında və fəaliyyətində islahatlar nəzərdə tutulmuşdu və islahatların davamı həyata keçirilir. Teatrın həyatında ötən beş il ərzində bir sıra islahatlar həyata keçirilib. Teatrın baş rejissoru olmadan Akademik Milli Dram Teatrında 17 rejissor tamaşa hazırlayıb. Bu dövr arxada qaldı. İslahatlar nəticəsində Akademik Milli Dram Teatrına yeni bədii rəhbər və baş rejissor - Azərbaycan Teatr Xadimləri İtiifaqının sədri, əməkdar incəsənət xadimi, xalq artisti, görkəmli teatr xadimi Azərpaşa Nemət mənim sərəncamımla bu vəzifəyə təyin edilib. Başlanılan işlər uğurla və ardıcıl olaraq davam etdiriləcək. Aydın məsələdir ki, bundan kiminsə xoşu gələcək, bir başqasının xoşu gəlməyəcək. Kimsə bunu asanlıqla qəbul edəcək, bir başqası qəbul etməyə çətinlik çəkəcək. Azərbaycan teatrı kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz fəaliyyətini davam etdirəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi