ABŞ-ın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb

ABŞ-ın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb Bakı. 2 yanvar. REPORT.AZ/ Smitson İnstitutu kompleksinə aid olan ABŞ-ın əsas muzeyləri, həmçinin Vaşinqton Milli Zooparkı maliyyə səbəbindən bağlanıb.
İncəsənət
2 Yanvar , 2019 12:54
ABŞ-ın əsas muzeyləri maliyyə səbəbindən bağlanıb
flickr.com

Bakı. 2 yanvar. REPORT.AZ/ Smitson İnstitutu kompleksinə aid olan ABŞ-ın əsas muzeyləri, həmçinin Vaşinqton Milli Zooparkı maliyyə səbəbindən bağlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, federal hökumətin işinin qismən dayandırılması ilə bağlıdır.

Söhbət əksəriyyəti Vaşinqton və Nyu-York şəhərlərində yerləşən, umumilikdə, 19 muzeydən gedir. Onların sırasında Milli Aviasiya və Kosmonavtika Muzeyi, Milli Amerika Tarixi Muzeyi və dünya sənətinin şah əsərləri toplanmış Milli Rəssamlıq Qalereyası yer alıb.

Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

D.Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı büdcəni təsdiqləməyəcəyini açıqladığı halda, müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək razılıq vermək niyyətində deyillər. Konqresdə büdcə müzakirəsinin yanvarın 3-dən davam etdiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi