Məşhur "Forbes" jurnalı Sofiyanın ASAN səfərindən yazıb

Məşhur "Forbes" jurnalı Sofiyanın ASAN səfərindən yazıb Bakı. 28 oktyabr. REPORT.AZ/ Dünyanın məşhur “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence – Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” - başlıqlı yazı dərc olunub.
İKT
28 Oktyabr , 2018 12:53
Məşhur Forbes jurnalı Sofiyanın ASAN səfərindən yazıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dünyanın məşhur “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence – Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” - başlıqlı yazı dərc olunub.

"Report" xəbər verir ki, yazı saytın manşetinə çıxarılıb və facebook səhifəsində paylaşılıb.

Qeyd olunub ki, Qafqaza səfəri çərçivəsində Sofiya robotu ağıllı texnologiyaların tətbiqi ilə Bakının Beynəlxalq Hava Limanında 2 dəqiqə ərzində viza əldə edib. Səfərin və Sofiya üçün üçün vizanın təmin edilməsi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi “ASAN xidmət” tərəfindən elektron hökumət xidmətləri vasitəsi ilə təmin edilib.

Diqqətə çatdırılıb ki, hər bir şəxs “ASAN xidmət” mərkəzlərində doğum, ölüm, nikah və ya boşanma sənədləşmələri, pasport, sürücülük vəsiqəsini yeniləmə, hüquqi şəxslərin qeydiyyatı, pulsuz hüquqi məsləhətləşmə, tibbi, tərcümə və başqa bir sıra xidmətlərdən yararlana bilər. Hanson Robotics Sofiyanın qlobal səfərlərinin növbəti dayanacağının Azərbaycan ola biləcəyini açıqladığı zaman “ASAN xidmət” bu fürsəti dəyərləndirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sofiyanın ASAN üçün mükəmməl vəhdət olduğunu vurğulayıb. Elektronluğun onun yaradılışının əsası olduğu və ASAN olaraq xidmətlərin elektron formada da təqdim edildiyi bildirilib.

Məqsədi süni intellektin insanlar üçün müsbətyönümlü güc olmasını və təhdid olmamasını təmin etmək olan Avropa təşkilatı “Good Technology Collective”-in Cənubi Afrikalı mühəndisi Travis Skot elektron xidmətlərin göstərilməsinə Dövlət Agentliyinin rəhbərlik etməsinin qeyri-adi bir hal olduğunu, lakin dövlətlər üçün bu inkişafın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Elektron və kiber texnologiyaların əksəriyyətinin hökumətdə deyil, özəl sektorda özünə yer tapdığını, buna görə də ASAN-ı bir dövlət təşkilatı olaraq bu sahədə fərqləndiyinə görə alqışladığını vurğulayıb.

Beynəlxalq miqyasda humanoidə viza verərək tanınan “ASAN xidmət”in daha bir addım atdığı, “ASAN həyat” kompleksinin açılışı zamanı Sofiyanın Azərbaycan Respublikasının Prezidenti ilə söhbətini təşkil etdiyi vurğulanıb.

Prezidentlə görüşü zamanı Sofiya onun suallarını cavablandırıb və bir neçə mesajını bölüşüb. İşləmə prinsipi əsasında Sofiya daxilindəki kamera vasitəsi ilə qarşısındakının üz ifadələrini oxuya və nə vaxt cavab verə biləcəyini qərarlaşdıra bilir.

Audrey Hepburnə iltifatən Hanson Robotics şirkəti tərəfindən yaradılan Sofiya robotu Prezidentlə söhbəti zamanı Bakı Beynəlxalq Havalimanında ASAN viza aldığını bildirib və Bakı memarlığı haqqındakı düşüncələrini bölüşüb.

Sofiya həmçinin ASAN təşəbbüsünü dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib. “Bura (ASAN kompleksinin açılışında Prezidentə xitabən) ziyarətiniz elektron idarəetmə və innovasiya ekosisteminə xüsusi diqqətinizi göstərir".

Səfərin əsasən iki məqam ilə yadda qaldığı qeyd olunub. ASAN-ın vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə etdiyi və Hanson Roboticsin süni intellektinin yalnız ona verilən vəzifələrlə (məsələn təmizlik işləri kimi) kifayətlənməyəcəyini, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola bilmək kimi bacarıqlarının da olduğu diqqətə çatdırılıb.

Dünya mediası üzrə ən çox oxunan yazıları bir araya toplayan və ABŞ-da oxunma sayına görə ilk onluqda yer alan “Drudge Report” aqrerat saytı “Forbes” internet jurnalının müvafiq xəbərini öz siyahısına əlavə edib və məqaləyə keçid linki verib.

Son xəbərlər

Orphus sistemi