Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 31-də Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
31 Oktyabr , 2019 16:16
Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 31-də Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.

Müdafiə naziri vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.

T.Klaar da, öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi