Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış olublar

Hərbi
  • 03 iyun, 2024
  • 06:52
Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış olublar

Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə qonaqlara HHQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim olunub, 44 günlük Vətən müharibəsində HHQ-nin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Plana uyğun olaraq, Tacikistan nümayəndə heyəti HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.
Tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları (PUA) əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti