Səfirlik: Oklahoma və Azərbaycan arasında tərəfdaşlıq qarşılıqlı anlaşma və etimada töhfə verə bilər
- 07 noyabr, 2025
- 12:34
ABŞ-nin Oklahoma Milli Qvardiyası nümayəndə heyətinin Azərbaycana səfəri tərəflərin regional təhlükəsizliyin gücləndirilməsinə, sülh və sabitliyin qorunmasına, həmçinin kibertəhlükəsizlik, tibbi hazırlıq, fövqəladə hallara cavab vermə və peşəkar hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə ümumi sadiqliyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib .
"2002-ci ildən bəri Oklahoma və Azərbaycan arasında qurulan tərəfdaşlıq göstərir ki, sıx əməkdaşlıq təkcə müdafiə əlaqələrini gücləndirməyə deyil, həm də ölkələr arasında qarşılıqlı anlaşma və etimada töhfə verə bilər", - paylaşımda qeyd edilib.
Building on two decades of strong partnership, a delegation from the @OKGuard visited Azerbaijan November 4-6 to continue advancing bilateral cooperation under the State Partnership Program. This visit reaffirmed their shared commitment to regional security, peace, and stability,… pic.twitter.com/Pl3iWqgBk0
— U.S. Embassy Baku (@USEmbassyBaku) November 7, 2025