Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirilib

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirilib Fövqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib.
Hərbi
5 Yanvar , 2022 12:03
Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, həmin şəxs nazirlikdə işləmir.

“Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxs bizim nazirlikdə çalışmır”, - o qeyd edib.

Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.

Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi