Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - Yenilənib

Hərbi
  • 09 noyabr, 2026
  • 12:07
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - Yenilənib

Naxçıvan şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantları iştirak ediblər.

Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər Parkında başa çatıb.

Naxçıvan şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantları iştirak edirlər.

Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər Parkında başa çatması nəzərdə tutulub.

44 filmi