Dövlət Komissiyası: “Ümid edirik ki, mina xəritələri və itkinlərə aid məzar yerləri barədə məlumatlar Azərbaycana təqdim ediləcək”

Dövlət Komissiyası: “Ümid edirik ki, mina xəritələri və itkinlərə aid məzar yerləri barədə məlumatlar Azərbaycana təqdim ediləcək” “Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Azərbaycan tərəfinə təqdim ediləcək”.
Hərbi
23 May , 2023 11:13
Dövlət Komissiyası: “Ümid edirik ki, mina xəritələri və itkinlərə aid məzar yerləri barədə məlumatlar Azərbaycana təqdim ediləcək”

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Azərbaycan tərəfinə təqdim ediləcək”.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

“2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına boyük ümidlər yaratsa da, hazırda bizə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir.

İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar bizə məlum olan məzar yerlərində çöl işlərini, o cümlədən qazıntı və ekshumasiya aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir”, - o, bildirib.

Son xəbərlər

Orphus sistemi