Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub - YENİLƏNİB

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub - YENİLƏNİB Azərbaycanın müdafiə naziri Zakir Həsənov və İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.
Hərbi
20 Noyabr , 2022 17:07
Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub - YENİLƏNİB

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qantz Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın  perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qantz Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

14:49

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benyamin Qantz arasında telefon danışığı olub.

Bu barədə “Report” İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Z.Həsənova təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi