Ermənistanın komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb - YENİLƏNİB

Ermənistanın komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb - YENİLƏNİB Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb.
Hərbi
12 May , 2023 23:35
Ermənistanın komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb - YENİLƏNİB

Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb.

"Report" xəbər verir ki, Oxu.az ermənilərin əldəqayırma dronlarını idarə edən məntəqənin məhv edilməsinin anbaan görüntülərini əldə edib.

Videodan aydın olur ki, komanda-qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.

Bununla bağlı görüntüləri təqdim edirik:

22:31

Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib.

"Report" bu barədə "Caliber"ə istinadən xəbər verir.

Məlumata görə, KŞM-dən kəşfiyyat və atəşə nəzarət məqsədilə istifadə edilib:

“Məhv edilmiş texnikadan Ermənistanın ordumuza qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib”.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi