Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimləri çərçivəsində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər

Hərbi
  • 03 fevral, 2025
  • 14:40
Azərbaycan hərbçiləri Qış təlimi - 2025  təlimləri çərçivəsində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər

Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi- 2025" beynəlxalq hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə, Bosniya - Hersoqovina və Gürcüstan hərbçiləri birlikdə hərbi tapşırıqlar icra ediblər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, adıçəkilən ölkələrdən olan xüsusi təyinatlılardan ibarət iki komanda “Birbaşa Missiya Əməliyyatı” missiyasını uğurla başa çatdırıblar.

Məlumatda təlimlərin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.

Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti