Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb 

Hadisə
  • 23 fevral, 2023
  • 06:57
Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb 

Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müxtəlif vaxtlarda şəhər ərazisində “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatorun oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.