Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb - VİDEO

Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb - VİDEO Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.
Hadisə
21 Yanvar , 2025 14:56
Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb - VİDEO

Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

"Report"un Şimal bürosunun məlumatına gorə, Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, magistralın Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Babayev Emil Çingiz oğlunun idarə etdiyi "İVECO" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük maşını ilə toqquşub.

Nəticədə "Ford"un sürücüsü, 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu maşından çıxarıb təcili tibbi yardım briqadasına təhvil verib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilsə də, o, yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi