Təhlükəsizlik üzrə ekspert: “Vətəndaşlarımız təsadüfi tanışlıqlarda xüsusilə diqqətli olmalıdırlar”

Təhlükəsizlik üzrə ekspert: “Vətəndaşlarımız təsadüfi tanışlıqlarda xüsusilə diqqətli olmalıdırlar” “Vətəndaşlarımız sosial şəbəkələrdə və xarici ölkələrdə təsadüfi tanışlıqlarda xüsusilə diqqətli olmalıdırlar”.
Hadisə
18 May , 2023 16:10
Təhlükəsizlik üzrə ekspert: “Vətəndaşlarımız təsadüfi tanışlıqlarda xüsusilə diqqətli olmalıdırlar”

“Vətəndaşlarımız sosial şəbəkələrdə və xarici ölkələrdə təsadüfi tanışlıqlarda xüsusilə diqqətli olmalıdırlar”.

Bu fikirləri “Report”a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.

Ekspertin sözlərinə görə, son zamanlar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin xarici xüsusi xidmət orqanlarının agentura şəbəkəsini ifşa etmək üçün apardığı bütün əməliyyat tədbirləri kifayət dərəcədə uğurlu əməliyyatlardır:

“Bu əməliyyatlar xüsusilə İran, eyni zamanda Ermənistan xüsusi xidmət orqanları ilə bağlıdır. Əlbəttə ki, başqa ölkələr də var. Lakin bu gün bizim üçün ən aktual olan məsələ hər iki dövlətin bizə düşməncəsinə münasibəti və casus şəbəkəsindən Azərbaycanın maraqlarına, dövlət mənafeyinə zərər vurulması ilə əlaqədar olan məsələlərdir”.

Bu istiqamətdə əməliyyat şəraitinə Dövlət Təhlükəsizliyi Xidmətinin kifayət qədər nəzarət etdiyini deyən ekspert vurğulayıb ki, əgər nəzarət lazımi səviyyədə olmasaydı bir-birinin ardınca agentura şəbəkələri ifşa olunmazdı:

“Çünki həm peşəkar rəhbərlik, həm də peşəkar əməliyyat heyəti var. Xarici xüsusi xidmət orqanları nə qədər məxfi hərəkət etsə də, peşəkar əməliyyat heyəti onları hissə-hissə aşkar edir və bundan sonra da aşkar edəcək”.

İ.İsmayıl bildirib ki, İran xüsusi xidmət orqanları Azərbaycan müstəqillik qazandığı gündən bəri bu işlə məşğuldurlar:

“Onlar şəriət dövləti qurmaq üçün Azərbaycan vətəndaşlarını öz torlarına salmağa çalışırlar. Ermənistan xüsusi xidmət orqanlarının isə fəaliyyəti Azərbaycana qarşı olan düşmənçilik siyasəti ilə əlaqədardır. Düşmən tərəfi daimi olaraq bizə qarşı casus şəbəkələrindən istifadə edirlər. Çox təəssüf ki, burada onların əsas hədəfi etnik azlıqlardır və bundan maksimum şəkildə yararlanırlar”.

İ.İsmayıl vurğulayıb ki, bu kimi məsələlərdə vətəndaşların xüsusi ayıq-sayıqlığı mütləqdir:

“Casusun aşkarlanmasında adətən vətəndaşlar bir o qədər qabiliyyətli olmurlar. Amma şübhəli bildikləri məqamları mütləq şəkildə lazımi orqanlara xəbər verməlidirlər. Sonuncu casus şəbəkəsinin ifşa olunması bir növ profilaktikadır. Kimsə bu yola qədəm qoyanda bilməlidir ki, qarşı tərəfdə çox məkrli düşmən dayanıb. Düşmən isə öz məqsədinə çatmaq üçün hər bir vasitədən istifadə edir. Belə olan hallarda xüsusi xidmət orqanlarına xəbər vermək lazımdır. Bundan sonra onlar nə edəcəklərini özləri yaxşı bilir”.

Son xəbərlər

Orphus sistemi