Ukraynadan daha bir azərbaycanlı sürücü təxliyə olunub
Hadisə
- 07 aprel, 2022
- 15:54
“Ukrayna ərazisindən daha bir sürücü təxliyə olunub. Sürücü Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası ərazisindədir”.
“Report” xəbər verir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu feysbukda yazıb.
Onun sözlərinə görə, Q.Feyzullayev döyüşlərin ilk günündən Xerson şəhərində olub. Yaradılan humanitar dəhlizlə təxliyəsi baş tutub: “Bu günə qədər 35 yük avtonəqliyyat vasitəsi üzrə 38 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində bir azərbaycanlı sürücü qalmaqdadır. Onun da təxliyəsi istiqamətində aidiyyatı dövlət qurumları ilə birgə işlər görülür”.
Son xəbərlər
20:05
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Xarici siyasət20:03
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Hərbi20:02
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
Xarici siyasət20:00
Azərbaycan - Tacikistan matçına start verilib - YENİLƏNİR
Futbol19:58
Foto
Azərbaycan–Serbiya strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət19:53
Arif Məmmədov və Dimitrios Kuretas əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Xarici siyasət19:50
Niderland "Avroviziya-2027"də iştirak edəcək
Mədəniyyət siyasəti19:47
Səfir: Azərbaycan və Səudiyyə Ərəbistanının ticarətin artırılması üçün potensialı var
Xarici siyasət19:43