Ucarda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alanların sayı 6 çatıb.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, onlardan 3 nəfəri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəsarət alanlar, Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğludur.
Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Çiyni kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.
Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.