Ucarda qəzada ölən piyadaların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ucarda qəzada ölən piyadaların şəxsiyyəti məlum olub - YENİLƏNİB Ucar. 3 mart. REPORT.AZ/ Ucar rayonunda minik avtomobili tərəfindən vurulan piyadaların şəxsiyyəti məlum olub.
Hadisə
3 Mart , 2019 18:30
Ucarda qəzada ölən piyadaların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ucar. 3 mart. REPORT.AZ/ Ucar rayonunda minik avtomobili tərəfindən vurulan piyadaların şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, bunlar rayonun Küçəkənd sakinləri – 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və onun 2014-cü il təvəllüdlü qızı İsgəndərova Ayşən Xəyal qızıdır.

Uşaq polislər tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisəni Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim öğlu törədib. Qəza maşın Bakı istiqamətində olarkən baş verib.


***17:51

Ucar. 3 mart. REPORT.AZ/ Ucarda yolu keçmək istəyən piyadaları minik maşını vurub.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadanın biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı əraziyə gələn YPX əməkdaşları tərəfindən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Hazırda ölənlərin və hadisəni törədən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma apatılır.

Son xəbərlər

Orphus sistemi