Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb - YENİLƏNİB Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.
Hadisə
8 Oktyabr , 2024 11:47
Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".

09:21

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Şəhər sakini Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi