Sumqayıtda kişi döyülərək öldürülüb, iki oğlu şübhəli bilinir - YENİLƏNİB
- 22 iyul, 2025
- 17:59
Sumqayıtda iki qardaş atalarını döyərək qətlə yetirməkdə şübhəli bilinir.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Bədirov Zeyd Aslan oğlu və onun bir yaş kiçik qardaşı, 2009-cu il təvəllüdlü Bədirov Saleh Aslan oğlu ailə münaqişəsi zəminində ataları – 1981-ci il təvəllüdlü Bədirov Aslan Akif oğlunu döyərək qətlə yetiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
17.23
Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.
İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.
Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.
Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.