Şəmkirdə top mərmiləri aşkarlandı

Şəmkirdə top mərmiləri aşkarlandı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
23 Sentyabr , 2020 01:04
Şəmkirdə top mərmiləri aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Mərkəzinin (113 xidməti) əməkdaşları əraziyə göndərilibbirlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (PBR-412) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi