Şəmkirdə fərdi yaşayış evindəki yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 23 oktyabr, 2023
  • 19:14
Şəmkirdə fərdi yaşayış evindəki yanğın söndürülüb - YENİLƏNİB

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

22:29

Şəmkir rayon Yuxarı Seyfəli kəndində beşotaqlı ev və bir avtomobil yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü A.Aslanova məxsus birmərtəbəli beşotaqlı evin 170 kvadratmetr sahəsi, həmçinin həyətdə olan "Mercedes" markalı minik avtomobili yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.

Yanğının səbəbləri araşdırılır.