Şəmkirdə qadın sürücü qəza törədib, xəsarət alanlar var - YENİLƏNİB
- 08 mart, 2026
- 22:09
Şəmkirdə "Nissan" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücü, 1984-cü il təvəllüdlü Ü.Zeynalova, 2005-ci il təvəllüdlü R.Nağıyeva, 1991-ci il təvəllüdlü R.Zeynalov 1984-cü il təvəllüdlü T.Zeynalov və 2011-ci il təvəllüdlü R.Zeynalov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.