Dörd gün əvvəl Samur-Abşeron kanalına düşən gəncin meyiti tapılıb
Hadisə
- 01 iyul, 2022
- 05:08
İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu R.Əmirovun meyitini batdığı yerdən təqribən 8 km məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini Rəvan Əmirov isə suda boğulmuşdu.
Son xəbərlər
07:00
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
Formula 106:43
Foto
Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
Xarici siyasət06:28
Pentaqon: İrana qarşı əməliyyatlarda ABŞ-nin 861 hərbçisi yaralanıb
Digər ölkələr06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48