Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region
- 26 sentyabr, 2026
- 05:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: "İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-yə etibar etmir".
"İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək", - Pezeşkian vurğulayıb.
Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.
Son xəbərlər
12:14
Qriqoryan: Ermənistan qısa zamanda TRIPP çərçivəsində delimitasiya işlərini davam etdirməyə ümid edir
Region
12:10
Foto
"İrəvan Qazılığının tarixi" kitabı təqdim edilib
Mədəniyyət siyasəti
12:08
Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək
Region
12:02
Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb
Region
11:46
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
Digər ölkələr
11:43
"Tam Store" barədə inzibati protokol tərtib olunub
Biznes
11:42
Çin lideri: Oman Sultanının səfəri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verəcək
Digər ölkələr
11:41
İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
Daxili siyasət
11:31
Ötən ay 4 898 hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət