Şamaxıda yol qəzası olub, bir ailənin üç üzvü yaralanıb

Şamaxıda yol qəzası olub, bir ailənin üç üzvü yaralanıb Şamaxı şəhərində ikisi azyaşlı olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Noyabr , 2022 16:25
Şamaxıda yol qəzası olub, bir ailənin üç üzvü yaralanıb

Şamaxı şəhərində ikisi azyaşlı olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Seyid Əzim Şirvani prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü 59 yaşlı Cəbrayılov Babasən Sahabcan oğlu, onun 7 yaşlı oğlu Sahabcan Cəbrayılov və 9 yaşlı oğlu İbrahim Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şamaxı Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi