Salyanda tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Salyanda tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB Sözügedən şəxsin İran vətəndaşı olduğu öyrənilib
Hadisə
16 Fevral , 2016 09:00
Salyanda tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Bakı. 16 fevral. REPORT.AZ/ Salyanda tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşdirilib.

"Report" xəbər verir ki, həmin şəxsin İran İslam Respublikası vətəndaşı, 34 yaşlı Əmir Əmirbeki olduğu öyrənilib.

***15 fevral 22:20

Bakı. 15 fevral. REPORT.AZ/ Salyanın Qızılağac kəndində şəxsiyyəti məlum olmayan kişi tapılıb.

"Report" xəbər verir ki, kəndin ərazisində kimsəsiz qalan, təxminən 25-30 yaşlarında kişi yolun kənarından götürülərək Salyan Mərkzi Rayon Xəstəxanasına aparılıb.

Rayon Polis şöbəsi əməkdaşları kişinin şəxsiyyətini hələ ki, müəyyən edə bilməyiblər. Xəstəxanadan verilən məlumata görə, sözügedən şəxs deyilənləri başa düşsə də, onu danışdırmaq mümkün olmayıb. Kişinin gözlərindən yaş axdığı bildirilir.

Onun üzərinə baxış zamanı çoxlu sayda İran pulu aşkar olunub. Kişinin daha çox İran vətəndaşı olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi