Salyanda 11 yaşlı uşaq ölüb, xəstəxana ilkin səbəbi açıqlayıb
Hadisə
- 05 yanvar, 2026
- 16:35
Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosunun sorğusuna cavab olaraq məlumat verilib ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Nəcəfov Elcan Səfər oğlu ağır vəziyyətdə tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.
Son xəbərlər
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2026)
Maliyyə08:59
"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə08:56
Qara dəniz üzərində Amerikanın kəşfiyyat dronu müşahidə edilib
Digər ölkələr08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2026)
Maliyyə08:51
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Energetika08:46
Video
Göyçayda yaşayış binasında yanğın baş verib
Hadisə08:29
Kamçatkada 5 maqnitudada zəlzələ olub
Digər ölkələr08:16
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:12